Bank Of Baku

13-15 oktyabr tarixlərində Bakıda İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransı keçiriləcək

13-15 oktyabr tarixlərində Bakıda İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransı keçiriləcək
# 26 avqust 2009 16:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. 13-15 oktyabr tarixlərində Bakıda İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransı keçiriləcək. APA-nın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, konfransa İslam ölkələri ilə yanaşı, Avropanın 10-dan artıq ölkəsinin mədəniyyət nazirləri də dəvət olunacaq.
Konfrans çərçivəsində Avropa Şurası və İslam Konfransı Təşkilatına üzv olan ölkələr arasında “Mədəniyyətlərarası dialoq” mövzusunda “dəyirmi masa”nın təşkil ediləcəyi də gözlənilir. Konfransın gündəliyi İSESCO tərəfindən hazırlanıb. Burada İslam mədəniyyətinin inkişafı, təbliği yolları, sülhsevər amallara xidmət etməsi və digər məsələlər müzakirə ediləcək. Tədbir çərçivəsində iştirakçı ölkələrin təmsilçilərinə Azərbaycanın işğal olunmuş ərazilərindəki abidələr haqqında da ətraflı məlumatlar veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR