Bank Of Baku

Tokioda keçiriləcək beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunacaq

Tokioda keçiriləcək beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunacaq
# 27 avqust 2009 09:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. 18-20 sentyabr tarixlərində Yaponiyanın paytaxtı Tokioda keçiriləcək “CATA” beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunacaq. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin təbliğat və marketinq sektorunun müdiri Səbinə Kərimova məlumat verib.
Sərgidə ölkəmizi nazirliyin əməkdaşları Səbinə Kərimova, Zöhrə Əliyeva, Türkan İsmayılova, Cəlil Məlikov təmsil edəcək. S. Kərimovanın sözlərinə görə, sərgidə Azərbaycanın turizm potensialı 45 kv. metr stend vasitəsilə təbliğ olunacaq. Burada ölkəmizin görməli yerləri, tarixi-mədəni abidələri, mehmanxana və turizm obyektləri xüsusi reklam çap məhsulları vasitəsilə sərgilənəcək. Sərgidə iştirak etmək üçün 6 nəfərlik rəqs qrupu da Yaponiyaya ezam olunacaq. Bundan başqa, sərgidə Azərbaycanın 4 özəl turizm şirkətləri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR