Bank Of Baku

Dillər Universitetində “Kitabxana-informasiya sahəsində Professional İnkişaf Proqramı” ilə bağlı təlimlər keçirilir

Dillər Universitetində “Kitabxana-informasiya sahəsində Professional İnkişaf Proqramı” ilə bağlı təlimlər keçirilir
# 27 avqust 2009 12:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Dillər Universitetində (ADU) “Kitabxana-informasiya sahəsində Professional İnkişaf Proqramı” ilə bağlı təlimlər təşkil olunub. Universitetin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, avqustun 31-dək davam edəcək təlimlərdə Azərbaycan (Gəncə) Dövlət Aqrar Universiteti Kitabxanasının əməkdaşları iştirak edirlər.
ADU-nun İnformasiya Resurs Kompleksində keçirilən təlimlərdə əsas məqsəd Elektron Resurs Mərkəzinin Strategiyası ilə tanışlıq, “İRBİS - 64” Avtomatlaşdırılmış Kitabxana sistemi ilə tanışlıq, o cümlədən E – kataloqlaşma üzrə biliklərin aşkarlanmasıdır. Təlim iştirakçıları bu müddət ərzində “İRBİS-64” Avtomatlaşdırılmış Kitabxana sistemi, E – kataloqlaşma üzrə biliklərin aşkarlanması, bircildli (tək) əsərlərin və çoxcildli (davamlı) nəşrlərin elektron kataloqlaşdırılması, “İRBİS-64” “Kataloqizator” modulu: nəzəri və təcrübi dərslər, AzKİK haqqında ümumi məlumat, EBSCO tam mətnli elmi jurnalların məlumat bazası ilə bağlı mövzularda mühazirələr dinləyəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR