Bank Of Baku

Dövlət Film Fondu Beynəlxalq Muzeylər Şurasına üzv komitələrlə əməkdaşlığa başlayacaq

Dövlət Film Fondu Beynəlxalq Muzeylər Şurasına üzv komitələrlə əməkdaşlığa başlayacaq
# 27 avqust 2009 13:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvü seçilib. Bu barədə APA-ya məlumat verən C. Quliyev bildirib ki, bu üzvlük Dövlət Film Fondunun son vaxtlardakı çoxşaxəli fəaliyyətinin göstəricisidir. Buna həmçinin fondun eyni zamanda muzey kimi də fəaliyyət göstərməsi şərait yaradıb: “Bundan sonra biz fond olaraq Beynəlxalq Muzeylər Şurasının üzvü olan xarici komitələrlə əməkdaşlıq edəcəyik. Bu əməkdaşlıq Azərbaycan kino tarixinin dünyaya tanıdılması yolunda bizə çox yardım edəcək”. Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (İCOM) baş qərargahı Parisdə yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR