Bank Of Baku

Azərbaycan Moskvada keçirilən I Beynəlxalq Xalq Yaradıcılığı Festivalında uğur qazanıb

Azərbaycan Moskvada keçirilən I Beynəlxalq Xalq Yaradıcılığı Festivalında uğur qazanıb
# 28 avqust 2009 10:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Moskvada MDB üzrə fiziki qabiliyyəti məhdud uşaqlar arasında keçirilən I Beynəlxalq Xalq Yaradıcılığı Festivalında uğur qazanıb. APA-nın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin internet saytına istinadən yaydığı xəbərə görə, Azərbaycanı festivalda 7 nəfərdən ibarət nümayəndə heyəti təmsil edib. Onlardan Murad Alxasov I yeri tutaraq dekorativ-tətbiqi sənət nominasiyasında qran-pri mükafatını qazanıb. İkinci yerə Təhminə Həsənova layiq görülüb. Könül İsmayılova isə xüsusi mükafat alıb. Rəqs müsabiqəsində 1-ci yeri yenə Azərbaycan nümayəndəsi - Təhminə Həsənova qazanıb. Festival 2009-cu ilin MDB-də "Gənclər ili" elan olunması çərçivəsində keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR