Bank Of Baku

Sumqayıtda Üzeyir Hacıbəylinin abidə kompleksi ucaldılacaq

Sumqayıtda Üzeyir Hacıbəylinin abidə kompleksi ucaldılacaq
# 28 avqust 2009 14:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sumqayıt şəhərində böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidə kompleksi ucaldılacaq. Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya bildiriblər ki, İH-də keçirilən müşavirədə müvafiq təşkilatların nümayəndələri tikinti və abadlıq işi aparılacaq ərazi ilə bağlı məlumat veriblər. Üzeyir Hacıbəylinin abidə kompleksinin inşası nəzərdə tutulan xiyabanın eni 23 metr, uzunluğu 61 metr təşkil edir. 1340 kvadrat metrlik abadlaşdırılacaq sahənin təxminən 740 kv. m. hissəsində tamet döşəmə salınması, yaşıllaşdırılacaq sahələrdə əsasən çəmən, dekorativ ağac və kolların əkilməsi, müasir işıqlandırma sisteminin və oturacaqların quraşdırılması nəzərdə tutulub. Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun hazırlayacağı abidənin hündürlüyü 12 metr, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 m olacaq.

Ü. Hacıbəylinin abidəsi ucaldıldıqdan sonra Sumqayıt şəhərində Azərbaycan ədəbiyyatının klassiki Hüseyn Cavidin abidəsi də qoyulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR