Bank Of Baku

Gənc Tamaşaçılar Teatrında təmirdən sonra ilk tamaşanın nümayişi noyabrda olacaq

Gənc Tamaşaçılar Teatrında təmirdən sonra ilk tamaşanın nümayişi noyabrda olacaq
# 31 avqust 2009 11:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında əsaslı təmirdən sonra ilk tamaşanın noyabrda nümayiş olunacağı planlaşdırılır. Teatrın direktoru Mübariz Həmidov APA-ya deyib ki, hazırda teatrın baş rejissoru Cənnət Səlimovanın quruluşunda Hüseyn Cavidin “Şeyx Sənan” əsəri əsasında eyni adlı tamaşanın məşqləri gedir. Teatrda səhnə həllini tapacaq növbəti əsər Cəfər Cabbarlının “Aydın” əsəridir. Gələn həftədən etibarən isə rejissor Bəhram Osmanovun quruluşunda Kunit Hamsunun “Viktoriya” əsərinin məşqlərinə başlanılması nəzərdə tutulur.

M. Həmidov bildirib ki, teatrda hazırlanan hər tamaşada Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirilən və onun nəzdində fəaliyyət göstərən Dövlət Gənclər Teatrı və Bakı Kamera Teatrının da yaradıcı kollektivi iştirak edir. Onun sözlərinə görə, üç teatr kollektiv fəaliyyətlərini davam etdirirlər və hər tamaşada hər üç teatrın kollektivi təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR