Bank Of Baku

Üzeyir Hacıbəylinin surəti əks edilmiş medallar və barelyeflərdən ibarət sərgi açılacaq

Üzeyir Hacıbəylinin surəti əks edilmiş medallar və barelyeflərdən ibarət sərgi açılacaq
# 31 avqust 2009 12:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü və “18 sentyabr - Milli Musiqi Günü” münasibəti ilə musiqiçinin ev-muzeyində Üzeyir Hacıbəylinin surəti əks edilmiş numizmatika sərgisi keçiriləcək. APA-nın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə istinadən yaydığı məlumata görə, ekspozisiyada bəstəkarın surəti əks edilmiş medallar, barelyeflər və bir çox başqa materiallar təqdim ediləcək. Muzeydə həmçinin, İ. Əbilov adına mədəniyyət evində ilk dəfə təqdim edilmiş məktəbli tamaşasının nümayişi nəzərdə tutulur. Tamaşa Üzeyir Hacıbəyli haqqında mövcud məlumatlar əsasında hazırlanıb. Xatırladaq ki, “Milli Musiqi Günü” Azərbaycanda hər il sentyabrın 18-də, Üzeyir Hacıbəylinin ad günündə qeyd edilir. Bu il dahi bəstəkarın 124 yaşı qeyd olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR