Bank Of Baku

Bakıda respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri direktorlarının müşavirəsi keçirilib

Bakıda respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri direktorlarının müşavirəsi keçirilib
# 01 sentyabr 2009 09:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə respublikanın şəhər və rayon uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri direktorlarının müşavirəsi keçirilib. APA-nın məlumatına görə, müşavirədə 2008-2009-cu tədris ilinin yekunları və yeni tədris ilində respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin qarşısında duran vəzifələr müzakirə edilib. Müşavirədə çıxış edən mədəniyyət və turizm naziri respublikada fəaliyyət göstərən musiqi, incəsənət və rəssamlıq məktəblərindəki mövcud vəziyyətdən danışıb: “Sözsüz ki, bu sahədə aparılan islahatlar respublikada fəaliyyət göstərən musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətində müsbət dəyişiklər edib. Ancaq çoxsaylı cəhdlərə baxmayaraq bəzi problemlər hələ də öz həllini tapmayıb. Ən əsas problem isə kadr sahəsindəki çatışmazlıqdır. Eyni zamanda Maliyyə Nazirliyinin apardığı yoxlamalar nəticəsində də bəzi xoşagəlməz nəticələr əldə olunub. Məhz bu səbəbdən də bugünkü tədbirə Maliyyə Nazirliyindən də nümayəndə dəvət etmişik”. Ə. Qarayev deyib ki, bu gün respublikada ümumilikdə 235 bu tipli məktəb fəaliyyət göstərir və onlardan 207-si keçirilən tədbirdə təmsil olunur: “Problemlərin həlli, eyni zamanda yol verilən qanunsuzluqları bu gün hamınızla birgə müzakirə edəcəyik. Son illər bu sahədə dövlət büdcəsindən yetəri qədər vəsait ayrılır və bu işin yaxşı getməsi üçün lazımi tədbirlər görülür. Ancaq çox təəssüflər olsun ki, bəzən bu cəhdlərimiz boşa gedir”. Nazir onu da qeyd edib ki, paytaxtda təmir olunan 5 musiqi məktəbində artıq bərpa işləri bitib, iki musiqi məktəbində isə hazırda iş davam edir. Müşavirənin davamının qapalı keçirilməsinə qərar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR