Bank Of Baku

Azərbaycan Bəstəkarlar İttifaqının binasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimi olub

Azərbaycan Bəstəkarlar İttifaqının binasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimi olub
# 01 sentyabr 2009 10:49 (UTC +04:00)
Bakı - APA. Sentyabrın 1-də Azərbaycan Bəstəkarlar İttifaqının binasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimi olub. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib.

APA-nın xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, 1912-ci ildə inşa olunmuş bu üçmərtəbəli memarlıq abidəsi əsaslı şəkildə yenidən qurulub.

Prezident və xanımı binada aparılmış bərpa və yenidənqurma işləri ilə tanış olublar.

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə tarixi binanın yenidən istifadəyə verilməsini və yüksək səviyyədə təmir-bərpa işlərinin aparılmasını bəstəkarların razılıqla qarşıladıqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR