Bank Of Baku

Bakıda keçiriləcək beynəlxalq kitab sərgisində 20-dən artıq ölkə iştirak edəcək

Bakıda keçiriləcək beynəlxalq kitab sərgisində 20-dən artıq ölkə iştirak edəcək
# 01 sentyabr 2009 12:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. 10-12 sentyabr tarixlərində Azərbaycanda keçiriləcək I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında artıq 20 xarici ölkənin nəşriyyat və poliqrafiya müəssislərinin iştirakı təsdiqlənib. Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, bu ölkələr arasında ABŞ, TÜrkiyə, İran, Pakistan, Belarus, Tacikistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Ukrayna, Rusiya, Polşa, Slovakiya, Estoniya, Latviya və digər ölkələr artıq bu sərgidə iştirakları üçün müraciət ediblər. Sərgidə Azərbaycandan 50-dən artıq nəşriyyat və poliqrafiya idarə təşkilatlarının iştirakı nəzərdə tutulur. Sərginin açılışı sentyabrın 10-da Muzey Mərkəzində keçiriləcək. Məlumatda bildirilib ki, I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası yüksək səviyyədə təşkil olunur. Sərgi-yarmarka çərçivəsində Muzey Mərkəzinin konfrans zallarında kitab təqdimatlarının, Azərbaycan naşirləri ilə dünya naşirlərinin görüşləri, müəlliflərin imza mərasimi, eyni zamanda xarici ölkə nəşriyyat və poliqrafiya rəhbərləri ilə yerli nəşriyyat müəssisələri arasında əməkdaşlığa dair danışıqların keçirilməsi də gözlənilir.

Qeyd edək ki, tədbirin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyidir. Sərgi-yarmarka ölkəmizdə birinci dəfə keçirildiyinə görə yerli və xarici nəşr evlərinə sərgi stendləri üçün yerlər pulsuz verilir. Sərgi son illərdə nəşr olunmuş kitabların nümayişinə, satışına, müəlliflər və digər ölkələrin nəşriyyat-poliqrafiya təşkilatları arasında danışıqlar aparılması və müqavilələr bağlanmasına yeni imkanlar açacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR