Bank Of Baku

Sentyabrın 18-də ХI Şərq-Qərb Bakı Beynəlxalq Film Festivalının rəsmi açılışı olacaq

Sentyabrın 18-də ХI Şərq-Qərb Bakı Beynəlxalq Film Festivalının rəsmi açılışı olacaq
# 01 sentyabr 2009 14:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Sentyabrın 18-də Heydər Əliyev Sarayında “Bank of Azerbaijan”ın dəstəyi ilə ХI Şərq-Qərb Bakı Beynəlxalq Film Festivalının rəsmi açılışı olacaq. “Bank of Azerbaijan”ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, festivalın əsas ideyası mədəniyyətlərarası dialoqun qurulmasıdır. “Bank of Azerbaijan” bu cür mühüm tədbirin ölkənin mədəni həyatında əhəmiyyətini dərk edərək film festivalının rəsmi tərəfdaşı olacaq. Festival çərçivəsində “Mədəniyyətə sevginizi dəstəkləyirik” şüarı altında reklam kampaniyasına start verilib. Tədbirin keçirilməsinə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və digər təşkilatlar da dəstək verirlər. Bir çox ölkələrin təmsil olunacağı Beynəlxalq Film Festivalı sentyabrın 25-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR