Bank Of Baku

Rusiyanın xalq artisti Emmanuil Vitorqan və tanınmış aktrisa Natalya Kutkova Bakıda çıxış edəcəklər

Rusiyanın xalq artisti Emmanuil Vitorqan və tanınmış aktrisa Natalya Kutkova Bakıda çıxış edəcəklər
# 02 sentyabr 2009 12:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu ilin noyabrında Rusiyanın tanınmış “Vitorqan” teatr truppası Azərbaycanın qonağı olacaq. Rusiyanın xalq artisti Emmanuil Vitorqan və tanınmış aktrisa Natalya Kutkova “On, ona i Jenya” adlı tamaşa ilə bakılı tamaşaçılar qarşısında çıxış edəcəklər. Tamaşanın noyabrın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilməsi planlaşdırılır. Səfəri təşkil edən “Art Community” şirkətinin rəhbəri Elman Sidqiyayev APA-ya deyib ki, bu teatr Emmanuil Vitorqanın şəxsi teatrıdır. Təşkilatçı qeyd edib ki, ən bahalı biletlərin qiyməti 80 manat olacaq.

E. Sidqiyayev bu ilin sonuna kimi Bakıda xarici teatr truppalarının çıxışlarını təşkil edəcəklərini söyləyib: “Biz yay mövsümündə qərara gəldik ki, Rusiya və Türkiyənin tanınmış teatr truppalarının Azərbaycana səfərlərini təşkil etmək yaxşı olar. Bu addımımız tamaşaçılar tərəfindən də çox maraqla qarşılanıb. Hətta reklamına başlamadığımız bir layihə ilə artıq maraqlanmağa başlayıblar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR