Bank Of Baku

Azərbaycan Belarusda keçiriləcək beynəlxalq animasiya filmləri festivalında iştirak edəcək

Azərbaycan Belarusda keçiriləcək beynəlxalq animasiya filmləri festivalında iştirak edəcək
# 02 sentyabr 2009 13:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Belarusda keçiriləcək “Animayofka-2009” beynəlxalq animasiya filmləri festivalında iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxovun APA-ya verdiyi məlumata görə, festivalda Cavid Əhədovun müəllifi olduğu “Mərhəmətin dadı” filmi nümayiş olunacaq. Bu animasiya filmi “Azanfilm” və “Birlik” kinostudiyalarının birgə təşəbbüsü ilə istehsal edilib.

Festivalda Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Belarus, Latviya, Litva, Estoniya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Polşa, Çin, İran və Ermənistan da təmsil olunacaq. “Animayofka-2009” beynəlxalq animasiya filmləri festivalı sentyabrın 24-dən 26-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR