Bank Of Baku

Alla Puqaçova Müslüm Maqomayevin məzarı başında ağlayıb - FOTOSESSİYA

Alla Puqaçova Müslüm Maqomayevin məzarı başında ağlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 04 sentyabr 2009 10:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bakıda səfərdə olan SSRİ və Rusiyanın xalq artisti Alla Puqaçova bu gün Fəxri Xiyabanda Heydər Əliyevin, Zərifə Əliyevanın və SSRİ xalq artisti Müslüm Maqomayevin məzarlarını ziyarət edib. Məzarların üzərində gül dəstələri düzən A. Puqaçova uzun illər dostluq etdiyi M. Maqomayevin məzarı başında göz yaşlarını saxlaya bilməyib. Rusiya səhnəsinin primadonnası göz yaşları içərində onun ölümünə inanmadığını dilə gətirib. M. Maqomayevin qəbir üstündə qoyulmuş şəklinə baxaraq onunla qısa xəyali dialoqa girən A. Puqaçova daha sonra onu müşayiət edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə özünü pis hiss etdiyini, oradan getmək istədiyini bildirib: “Mən hələ də onun yoxluğuna inana bilmirəm, bununla barışa bilməmişəm. Bu belə olmamalıydı, çox heyf...” Fəxri Xiyabanı göz yaşları içində tərk edən A. Puqaçova daha sonra Şəhidlər Xiyabanını ziyarət edib.

Qeyd edək ki, A. Puqaçovanın Bakıya səfəri Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə həyata keçirilir. Müğənni bu gün Heydər Əliyev Sarayında konsert verəcək.

Konsertdə prezident İlham Əliyevin də iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR