Alla Puqaçova: “Azərbaycan xalqı öz qonaqpərvərliyi və genişürəkliliyi ilə məni hər zaman təəccübləndirib” - MÜSAHİBƏ - FOTO
- Alla xanım, bu dəfə hansı hisslərlə Bakıya gəlmisiniz?
- Hələ Sovetlər dövründə mənim gəncliyim, inkişaf dövrüm bu şəhərlə bağlı olub və bu bağlılıq hələ də davam edir. O zamanlar mən bura tez-tez gəlirdim. Düzdür, hər gəlişim konsertlə bağlı deyildi, çünki burada dostlarımın yanına gəlirdim. Hələ o zamandan bu çox qonaqpərvər şəhər, bu genişürəkli xalq məni hər zaman təəccübləndirirdi. Mən həmişə demişəm ki, Bakı ən beynəlmiləl şəhərdir. Çox şadam ki, illər ötüb, ancaq bu hiss məndə hələ də yaşayır.
- Bu gün şəhəri az da olsa gəzmək imkanı qazandınız. Bakıda aparılan yenidənqurma işlərini gördünüzmü?
- Bunu görməmək mümkündürmü? Şəhərdə aparılan tikinti işləri məni heyran edir. Bunun üçün prezidentinizə təşəkkür edirəm, görülmüş işləri alqışlayır və çox böyük hörmət edirəm. Sonuncu dəfə dörd il bundan öncə Bakıda olmuşam və bu şəhərdə yenidənqurma işlərinə başlanacağını hiss etmişdim. Ancaq beş il müddətində bu qədər dəyişiklik olacağına inanmırdım. Bu cür tikinti işlərinə çox yüksək qiymət vermək lazımdır. Xalqın məhəbbəti isə ən böyük qiymətdir, həm prezident üçün, həm də sənətçi üçün. Mən sizin insanlara görə çox şadam, çünki sizi yaxşı nümunə göstərirlər, siz gənclər də çox fəalsınız.
- Bu, Bakı səhnəsində son konsertinizdir. Bu konsertdə Bakı tamaşaçısından nələr gözləyirsiniz?
- Konsert öncəsi tamaşaçı qarşısında böyük məsuliyyət hiss edirəm və qorxuram ki, nədənsə onların ümidlərini doğrultmayım. Bu gün çıxış edəcəyim proqramı ilk öncə Moskvada “Kreml” Sarayında təqdim etmişəm. Proqramda heç bir dəyişiklik etmirəm, heç bir dəyişikliyə yer yoxdur. Bu konsertdə improvizə olmayacaq. Eyni mahnılar olsa da, hər ifamda mahnıları müxtəlif cür ifa edirəm. Mahnıları təkrar etməyi xoşlamıram. Mənim çıxışım kiçik bir tamaşa kimi olacaq, ancaq istisna hal ola bilər. Baxaq görək bu tamaşada sona kimi aktrisa kimi qalacağam, ya özümü qadın kimi göstərəcəyəm. Tamaşaçılardan isə istəyim odur ki, Bakıda son konsertimdə ifa edəcəyim mahnıların hər birini ürəklərinə yazsınlar və ömürlük özlərində saxlasınlar. Bir daha vurğulamaq istərdim ki, bu, mənim Bakıda sonuncu çıxışımdır. Ancaq səfərimin son olacağını demirəm, çünki qonaq kimi qəbul etsəniz sevə-sevə yenə də şəhərinizə gələrəm.
- Bu zamana kimi Bakıda verdiyiniz konsertlərdən Sizcə ən yaddaqalanı hansı olub?
- Heydər Əliyevin iştirakı ilə keçirilən konsertlərim. Bəli, məhz onun iştirakı ilə keçirilən konsertlər ən yaddaqalan konsertlərim olub. O xəstə olanda da mənim konsertimə gəlirdi. O zalda olanda mən daha da ruhlandırdım və protokolu nəzərə almadan ona yaxınlaşıb onunla rəqs edirdim. Mən onu çox sevirdim, o çox gözəl insan idi...
Mədəniyyət siyasəti
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Nazirlik: XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur
Mədəniyyət Nazirliyi Kitab mükafatını gələn il elan edəcək
Xəbər Lenti
Fransada etirazçılarla polis arasında toqquşma baş verib
Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə
Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bakı Bulvarında Zeytun Festivalı davam edir - FOTO
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
U-15 dünya çempionatı başlayır
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra ölüb
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Qızılın qiyməti 4 min dollardan aşağı düşüb
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb
Bakıda ölümlə nəticələnən insidentdə iştirak edən deputat Arzuxan Əlizadənin oğlu saxlanılıb - YENİLƏNİB-1
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb - VİDEO
“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib
Azərbaycanda ötən gün 50 şübhəli saxlanılıb
Şimali Koreya lideri Çinə səfər edib
Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
BDYPİ sürücülərə xəbərdarlıq edib
“Bitcoin”in qiyməti 81 min dollardan aşağı düşüb
Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazır olduğunu bildirib
ABŞ Yaxın Şərqin yeddi ölkəsində diplomatların ailə üzvlərinin çıxarılmasını tapşırıb
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Dünya bazarında neft kəskin bahalaşıb
Qəbələdə iki “Opel” toqquşub, 3 oğlan xəsarət alıb
ABŞ və Avropa fond bazarlarında eniş davam edib
Çexiya Prezidenti Rusiyanın sülh danışıqlarına hazır olmadığını bildirib
Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Almaniya minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir
ABŞ Səudiyyə Ərəbistanındakı səfirliyinin əməkdaşlarını təxliyə edir
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Rubio: Ukraynadakı müharibənin əsas mübahisə mövzusu Donbasdır
Tramp Rusiya və Ukraynaya qarşı 200 faizlik rüsum tətbiq edə biləcəyini bildirib
Almaniya qışa hazırlıq üçün əlavə qaz tədarükünə 245 milyon avro ayırır
Dövlət Bağçalı: Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması həyati əhəmiyyət daşıyır