Bank Of Baku

Azərbaycan mədəniyyəti Koreyada təbliğ olunur

Azərbaycan mədəniyyəti Koreyada təbliğ olunur
# 04 sentyabr 2009 12:05 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın Koreya Respublikasındakı səfirliyində Koreyanın Orta Asiya respublikaları ilə Mədəniyyət Mübadiləsi Assosiasiyanın prezidenti xanım Li Ok Pyonla görüş keçirilib. Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə assosiasiyanın Azərbaycanla əlaqələrinin qurulması, Azərbaycan mədəniyyətinin və Koreya mədəniyyətinin iki ölkədə təbliği məsələləri müzakirə edilib.

Qeyd edək ki, Koreya Respublikasının Orta Asiya respublikaları ilə Mədəniyyət Mübadiləsi Assosiasiyası Koreya Xarici İşlər Nazirliyində rəsmi qeydiyyata alınan ictimai təşkilatdır. Təşkilatın əsas məqsədi Koreyanın və Orta Asiya xalqlarının mədəniyyətinin qarşılıqlı təbliği, mədəniyyət günlərinin təşkili, bu mübadilənin ictimaiyyət arasında təbliğidir. Səfirliyin təşəbbüsü ilə assosiasiya 2010-cu ilin təbdirlər planına Azərbaycanı da əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR