Bank Of Baku

Şuşa Dövlət Musiqili Dram Teatrı yeni mövsümü bölgələrdə açacaq

Şuşa Dövlət Musiqili Dram Teatrı yeni mövsümü bölgələrdə açacaq
# 07 sentyabr 2009 09:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi yeni mövsümü bölgələrdə açacaq. Teatrdan APA-ya bildirilib ki, yaradıcı heyət sentyabrın 9-10-da Qazax, Ağstafa rayonlarında, 10-11-də isə Gədəbəy və Şəmkirdə çıxış edəcəklər. Qazax və Ağstafa tamaşaçısı E. Abdullayevanın “Ağ qayıq” tamaşasına (quruluşçu rejissoru Samir Qulamov), Şəmkir və Gədəbəy tamaşaçısı isə B. Appayevin “Gözəlləri necə çağırırlar” (quruluşçu rejissoru Kəmalə Məcidova) tamaşasını izləyəcəklər. Qastrolda teatrın 20 nəfərlik nümayəndə heyəti iştirak edəcək. Rollarda əməkdar artist Şükufə Musayeva, aktyorlar Aybəniz Əhmədova, İqrar Salamov, Dürdanə Dünyamalıyeva, Püstəxanım Zeynalova, Zəhra Baxşəliyeva, Məmməd Məmmədov və başqaları çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR