Bank Of Baku

“Nizami” kinoteatrı iki ildən sonra istifadəyə veriləcək

“Nizami” kinoteatrı iki ildən sonra istifadəyə veriləcək
# 08 sentyabr 2009 10:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Hazırda yenidənqurma işləri aparılan “Nizami” kinoteatrı iki ildən sonra istifadəyə veriləcək. APA-nın məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov bildirib. Şöbə müdiri deyib ki, əsaslı təmir olunan və artıq xeyli iş görülən kinoteatrda yenidənqurma işlərinin başa çatdırılması, eyni zamanda kinoteatrın müasir avadanlıqla təchiz olunması üçün iki il vaxt lazımdır.

C. Məmmədov onu da bildirib ki, Milli Parkda yaradılması nəzərdə tutulan yeni kompleksdə üç zaldan ibarət kinoteatr da inşa olunacaq: “Artıq bununla bağlı danışıqlar aparılıb, kompleksdə üç zaldan ibarət kinoteatrın tikilməsi qərara alınıb. Sözügedən kinoteatr müasir standartlara uyğun inşa olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR