Bank Of Baku

Rüstəm İbrahimbəyov: “Hazırda Azərbaycan tamaşaçısında kinoya maraq yoxdur”

Rüstəm İbrahimbəyov: “Hazırda Azərbaycan tamaşaçısında kinoya maraq yoxdur”
# 08 sentyabr 2009 11:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Bu gün Azərbaycan tamaşaçısında kinoya maraq yoxdur. Bu hal bizi olduqca təəssüfləndirir. Heç “Azərbaycan” kinoteatrı da tamaşaçı ilə dolmur. Sözsüz ki, satılan biletlərin qiymətinin nisbətən yüksək olması da bunda rol oynayır. Fikrimcə, biletlər 9-10 manata deyil, 2 manata satılsa, tamaşaçıların sayında artım ola bilər. Hazırda əhalimizin həyat səviyyəsi bu qiymətə kino bileti almağa imkan vermir”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyov deyib. O bildirib ki, Azərbaycanda kinoteatrların çoxluğu da bu problemi həll etməyəcək: “Bir müddət əvvəl biz İbrus Teatrında bu problemin həlli üçün layihə həyata keçirdik. Layihə çərçivəsində çoxsaylı filmlərin nümayişini təşkil etdik və biletləri də çox aşağı qiymətə satışa çıxardıq. Biletlərin qiyməti 1-2 manat arasında idi. Çox təəssüflə deyirəm ki, bu yolla da tamaşaçıların marağını cəlb edə bilmədik. Uzun müddətə nəzərdə tutduğumuz layihəni iki gün davam etdirə bildik, çünki üçüncü gün artıq tamaşaçı gəlmədi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR