Bank Of Baku

“Azərbaycan xalçaları” filmi Moskvada nümayiş etdiriləcək

“Azərbaycan xalçaları” filmi Moskvada nümayiş etdiriləcək
# 08 sentyabr 2009 12:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanlı rejissor Şamil Əliyevin “Azərbaycan xalçaları” qısametrajlı filmi sentyabrın 28-dən oktyabrın 3-dək Moskvada keçiriləcək Etnoqrafik Kino Günündə nümayiş etdiriləcək. APA-nın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin saytına istinadən yaydığı xəbərə görə, festival Rusiyanın Mədəniyyətşünaslıq İnstitutunun, Lixaçov adına Rusiya Mədəni və Təbii İrs Elmi-Tədqiqat İnstitutunun, Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin və Rusiyanın Audiovizual Arxiv Mili Assosiasiyasının dəstəyi ilə keçiriləcək.

Qeyd edək ki, 17 dəqiqəlik “Azərbaycan xalçaları” filminin ssenari müəllifi Aydın Talıbzadə, operatoru Nizami Abbas, bəstəkarı Teymur Abdullayev, prodüseri isə Cavid İmamverdiyevdir. Film “Yaddaş” studiyasında istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR