Bank Of Baku

Bakıda Beynəlxalq İslam kulinariyası festivalı keçiriləcək

Bakıda Beynəlxalq İslam kulinariyası festivalı keçiriləcək
# 08 sentyabr 2009 12:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Oktyabrın 5-dən 10-dək Bakıda ilk dəfə olaraq Beynəlxalq İslam kulinariyası festivalı keçiriləcək. APA-nın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, bu tədbir “Bakı - İslam mədəniyyətinin paytaxtı – 2009” layihəsi çərçivəsində baş tutacaq. Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun sözlərinə görə, Əl Oyunları Sarayında reallaşacaq festivalda islam ölkələri ilə yanaşı, İslandiya, Serbiya və MDB ölkələrindən kulinarlar iştirak edəcək. Festival doqquz müxtəlif kulinariya növləri üzrə aparılacaq. Münsiflər heyətində isə Beynəlxalq Kulinarlar Federasiyasının sədri Yussi Qudmarson, həmçinin Xalq Yaradıcılığı Federasiyasının prezidenti Karmen Deperdio olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR