Bank Of Baku

Ramazan bayramı münasibəti ilə Heydər Əliyev Sarayında konsert keçiriləcək

Ramazan bayramı münasibəti ilə Heydər Əliyev Sarayında konsert keçiriləcək
# 08 sentyabr 2009 13:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Müqəddəs Ramazan Bayramı münasibəti ilə Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı keçiriləcək. Bu barədə APA-ya məlumat verən sarayın mətbuat xidmətinin rəhbəri Rene Torres bildirib ki, konsert proqramı sentyabrın 20-də baş tutacaq. Heydər Əliyev Sarayının təşkilatçılığı ilə həyata keçirilməsi nəzərdə tutulan konsertdə Azərbaycan estradasının çoxsaylı ulduzları iştirak edəcəklər. R.Torresin sözlərinə görə, proqramda 30-a yaxın müğənninin iştirakı nəzərdə tutulur: “Konsert proqramında hər bir janrda mahnı səsləndiriləcək. Bu konsertdə muğam ifaçıları, aşıqlar, meyxana ustaları, eyni zamanda estrada müğənniləri çıxış edəcəklər. Bununla yanaşı, “Bu şəhərdə”nin aparıcı aktyorlarının ifasında da maraqlı və yumorlu səhnəciklər nümayiş etdiriləcək”. R. Torres konsertin biletlərinin çox aşağı qiymətə, 10-25 manat arasında satışa çıxarıldığını qeyd edib. Bununla yanaşı, saray rəhbərliyi yaxın vaxtlarda azyaşlı uşaqları da sevindirməyi qərarlaşdırıb. Belə ki, yeni tədris ili münasibəti ilə Heydər Əliyev Sarayında maraqlı bir layihənin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR