Bank Of Baku

Parisdə YUNESKO İcra Şurasının 182-ci sessiyası başlayıb

Parisdə YUNESKO İcra Şurasının 182-ci sessiyası başlayıb
# 09 sentyabr 2009 08:08 (UTC +04:00)
Müzakirə olunacaq məsələlərdən biri təşkilatın Baş Direktoru vəzifəsinə seçkilərin keçirilməsidir. Xatırladaq ki, YUNESKO-nun baş direktoru Koitiro Matsuura bu posta iki dəfə seçilib və onun səlahiyyət müddəti bu ilin noyabrında başa çatır. Baş direktor postuna namizədlər Benita Ferrero-Valdner (Avstriya), İna Marçiulionite (Litva), Rusiya xarici işlər nazirinin müavini Aleksandr Yakovenko, Məhəmməd Becauyi (Əlcəzair), İrina Bokova (Bolqarıstan), Faruk Hüsni (Misir), Sosteper Mviyarubi Muxonqo (Tanzaniya), İvonn Xuez de A. Baki (Ekvador), Nureini Ticani-Serposdur (Benin).
İcra Şurası sentyabrın 15-də başlayaraq namizədlərin hər biri ilə müsahibə keçirəcək. Daha sonra Şura üzvləri qapalı iclasda gizli səsvermə yolu ilə baş direktoru seçəcəklər. Namizədlər arasında ən çox səs toplamış şəxs baş konfransa təqdim olunacaq və YUNESKO-nun yeni baş direktoru bu konfransda təsdiqlənəcək. YUNESKO İcra Şurasının 182-ci sessiyasının sentyabrın 23-dək davam edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR