Bank Of Baku

Fidan Hacıyeva Türkiyədə “TÜRKSOY”un xətti ilə keçirilən Opera Günlərində çıxış edəcək

Fidan Hacıyeva Türkiyədə “TÜRKSOY”un xətti ilə keçirilən Opera Günlərində çıxış edəcək
# 09 sentyabr 2009 09:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva Türkiyəyə səfərə hazırlaşır. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, sənətçinin bu səfəri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşir. Türkiyədə sentyabrın 22-dən oktyabrın 3-dək TÜRKSOY-un xətti ilə türkdilli ölkələrin ən qabaqcıl vokal ustalarının iştirak edəcəyi Opera Günləri keçiriləcək. Bu tədbir məşhur qazax dastanı “Kız Jibek”in 500 illik yubileyinə həsr olunub. Fidan Hacıyeva opera günləri çərçivəsində İstanbul və Mərsində, həmçinin Şimali Kipr Türk Cümhuriyyətində keçiriləcək konsert proqramlarında çıxış edəcək. O, J. Bizenin “Karmen”, Sen-Sansın “Samson və Dalila” operalarından parçalar və Üzeyir Hacıbəylinin “Sevgili canan” romansını ifa edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR