Bank Of Baku

Opera və Balet Teatrında “Aşıq Qərib” operası nümayiş etdiriləcək

Opera və Balet Teatrında “Aşıq Qərib” operası nümayiş etdiriləcək
# 09 sentyabr 2009 09:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
bəstəkar Zülfüqar Hacıbəyovun 125 illik yubileyi münasibətilə “Aşıq Qərib” operası nümayiş etdiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın nümayişi sentyabrın 20-də keçiriləcək.

Z. Nacıbəyovun 1916-cı ildə yazdığı və uzun illərdən bəri fasiləsiz olaraq teatrın repertuarında olan “Aşıq Qərib” operasının yubiley tamaşasında əsas partiyaları respublikanın əməkdar artisti Gülyaz Məmmədova (Şahsənəm) və Ü. Hacıbəyli adına I Respublika Muğam Müsabiqəsinin diplomantı Elnur Zeynalov (Aşıq Qərib) ifa edəcəklər.
Tamaşanı əməkdar incəsənət xadimi, dirijor Sevil Hacıyeva idarə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR