Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Musiqi Həftəsi keçiriləcək
Həmin gün Azərbaycan Dövlət Filarmoniyasında Meksikadan dəvət olunmuş tanınmış dirijor Enriki Batisin dirijorluğu ilə konsert keçiriləcək. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçiriləcək konsertdə pianoçu Murad Hüseynov solist olacaq. Sentyabrın 18-də isə həm paytaxtda, həm də regionlarda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü münasibəti ilə tədbirlər keçiriləcək. Ənənəvi olaraq bu il də mədəniyyət xadimləri sentyabrın 18-də Fəxri Xiyabanda Üzeyir Hacıbəylinin və digər dahi Azərbaycan bəstəkarlarının məzarlarını ziyarət edəcəklər. Daha sonra isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında böyük konsert proqramı keçiriləcək.
Tədbirlər Üzeyir Hacıbəylinin Ev Muzeyində, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanada davam etdiriləcək. Milli Kitabxanada “Üzeyir Hacıbəyli və biblioqrafiya ” kitabının təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur. Həmin gün həm Üzeyir Musiqi Günü, həm də Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində TÜRKSOY çərçivəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operası nümayiş etdiriləcək. Sentyabrın 18-i və 19-da isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının premyerasının keçirilməsi planlaşdırılır. Sentyabrın 18-də Bədii Sərgi Salonunda “Azərbaycan təsviri sənətində musiqi obrazları” sərgisi açılacaq. Sentyabrın 19-da Ağcabədidə fəaliyyət göstərən Qarabağ Muğam Mərkəzində Musiqi Gününə həsr olunmuş Azərbaycan Dövlət Muğam Teatrının və Azərbaycanın incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı keçiriləcək. Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Zülfüqar Hacıbəylinin 125 illiyi münasibəti ilə “Aşıq Qərib” operası nümayiş etdiriləcək. Sentyabrın 22-də tarzən Əhsən Dadaşovun 85 illiyi münasibəti ilə tədbirin keçirilməsi, sentyabrın 23-də Üzeyir Hacıbəylinin ev Muzeyində Mir Möshün Nəvvaba həsr olunmuş tədbirin təşkili və 25-də Azərbaycan Dövlət Filarmoniyasında tanınmış dirijor Maksim Vinqerevin rəhbərliyi altında konsert proqramının keçirilməsi planlaşdırılır.
Mədəniyyət siyasəti
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Nazirlik: XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur
Mədəniyyət Nazirliyi Kitab mükafatını gələn il elan edəcək
Xəbər Lenti
Rusiyanın Yəhudi Muxtar Vilayətində qatar mikroavtobusla toqquşub, 6 nəfər ölüb
Fransada etirazçılarla polis arasında toqquşma baş verib
Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə
Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bakı Bulvarında Zeytun Festivalı davam edir - FOTO
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
U-15 dünya çempionatı başlayır
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra ölüb
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Qızılın qiyməti 4 min dollardan aşağı düşüb
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb
Bakıda ölümlə nəticələnən insidentdə iştirak edən deputat Arzuxan Əlizadənin oğlu saxlanılıb - YENİLƏNİB-1
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb - VİDEO
“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib
Azərbaycanda ötən gün 50 şübhəli saxlanılıb
Şimali Koreya lideri Çinə səfər edib
Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
BDYPİ sürücülərə xəbərdarlıq edib
“Bitcoin”in qiyməti 81 min dollardan aşağı düşüb
Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazır olduğunu bildirib
ABŞ Yaxın Şərqin yeddi ölkəsində diplomatların ailə üzvlərinin çıxarılmasını tapşırıb
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Dünya bazarında neft kəskin bahalaşıb
Qəbələdə iki “Opel” toqquşub, 3 oğlan xəsarət alıb
ABŞ və Avropa fond bazarlarında eniş davam edib
Çexiya Prezidenti Rusiyanın sülh danışıqlarına hazır olmadığını bildirib
Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Almaniya minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir
ABŞ Səudiyyə Ərəbistanındakı səfirliyinin əməkdaşlarını təxliyə edir
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Rubio: Ukraynadakı müharibənin əsas mübahisə mövzusu Donbasdır
Tramp Rusiya və Ukraynaya qarşı 200 faizlik rüsum tətbiq edə biləcəyini bildirib
Almaniya qışa hazırlıq üçün əlavə qaz tədarükünə 245 milyon avro ayırır