Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi monitorinq keçirir

Mədəniyyət və Turizm Nazirliyi monitorinq keçirir
# 10 sentyabr 2009 07:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyi qeyri-maddi mədəni irsin dəstəklənməsinin təminat mexanizmlərinin monitorinqi keçirir. Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqin keçirilməsində məqsəd Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, bərpası və istifadəsi sahələrində dövlət mədəniyyət siyasətinin əsas prioritetlərinin yenidən müəyyənləşdirilməsi, sahənin qanunvericilik, idarəetmə, maliyyələşdirilmə, informasiya, elmi-metodiki, kadr, maddi-texniki baza kimi təminat mexanizmlərinin təkmilləşdirilməsi, Azərbaycan xalq tətbiqi sənəti (xalçaçılıq, kulinariya, ipəkçilik, daş oymaçılığı, misgərlik, zərgərlik, atüstü oyunlar, şəbəkəçilik və s.) və folklor yaradıcılığının (xalq musiqisi, xalq teatrı, xalq rəqsi, şifahi ədəbiyyat, mərasim, adət-ənənə, şəcərə və s.) dirçəldilməsi, park-klub işinin təkmilləşdirilməsi və müvafiq şəbəkənin yenidən təşkil edilməsidir. Mərkəzi və yerli təminat mexanizmləri üzrə aparılan Azərbaycanın qeyri-maddi mədəni irsinin monitorinqi zamanı toplanmış məlumatlar əsasında sahənin mövcud vəziyyəti təhlil edilir, monitorinq yekunlaşdıqdan sonra nəticələri nəzərə alınmaqla müvafiq konsepsiya, proqram və layihələrin işlənib hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR