Bank Of Baku

“Azərbaycan Respublikasında mədəni irs sahəsində çalışan mütəxəssislərin peşə səviyyəsinin artırılması” adlı milli seminar keçiriləcək

“Azərbaycan Respublikasında mədəni irs sahəsində çalışan mütəxəssislərin peşə səviyyəsinin artırılması” adlı milli seminar keçiriləcək
# 11 sentyabr 2009 07:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bakının 2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı keçirilən tədbirlər çərçivəsində sentyabrın 15-17-də “Azərbaycan Respublikasında mədəni irs sahəsində çalışan mütəxəssislərin peşə səviyyəsinin artırılması” adlı milli seminarın keçirilməsi nəzərdə tutulur. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə İSESCO-nun Tehrandakı regional ofisi tərəfindən təşkil olunan seminarın məqsədi mədəni irs sahəsində fəaliyyət göstərən ekspertlərin peşə səviyyəsinin artırılmasıdır. Seminarı Qobustan milli tarix-bədii və qala dövlət tarix-etnoqrafiya qoruqlarının müdirləri Məlahət Fərəcova və Fikrət Abdullayev aparacaq. İSESCO-nun Tehrandakı regional ofisinin rəhbəri Abbas Sədri də seminarda iştirak edəcək.

Tədbirin açılış mərasimi sentyabrın 15-də “Şirvanşahlar Sarayı Kompleksi” dövlət tarixi-memarlıq qoruq-muzeyində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR