Bank Of Baku

“Azərbaycan qayaüstü incəsənəti” kitabının təqdimat mərasimi keçirilib

“Azərbaycan qayaüstü incəsənəti” kitabının təqdimat mərasimi keçirilib
# 11 sentyabr 2009 09:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Muzey Mərkəzində I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində “Azərbaycan qayaüstü incəsənəti” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, kitabın müəllifi Qobustan qoruğunun direktoru Məlahət Fərəcovadır. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu kitabın önəmliliyindən danışıb və bu cür kitabların davamlı olaraq hazırlanması arzulayıb. Nazirliyin nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu kitabın Azərbaycanın qayaüstü incəsənətinə və problemlərinə həsr olunduğunu bildirib. Sektor müdirinin sözlərinə görə, əsərdə işləmə texnikasına və stilistik xüsusiyyətlərinə görə petroqliflərin mədəni-tarixi təsnifatı verilir. Kitabın müəllifi Məlahət Fərəcova kitabda xronologiya məsələlərinə toxunduğunu, arxeoloji materialları və mədəni təbəqələrdə aşkar edilən petroqlif daşlarına istinad edir. Qeyd edək ki, kitab Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə nəşr edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR