Bank Of Baku

Azərbaycanın Opera və Balet Teatrının yenidən qurulması İtaliya şirkəti tərəfindən həyata keçiriləcək

Azərbaycanın Opera və Balet Teatrının yenidən qurulması İtaliya şirkəti tərəfindən həyata keçiriləcək
# 11 sentyabr 2009 09:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yenidənqurması Milan və Venesiya Opera teatrlarının yenidən qurulmasında yaxından iştirak edən İtaliya şirkəti tərəfindən həyata keçiriləcək. APA-nın məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. Nazir qeyd edib ki, artıq bu layihə qəbul olunub və 2010-cu ilin yayında teatrın əsaslı təmirinə başlanılacaq: “Gələn ilin yayına kimi teatr fəaliyyətini davam etdirəcək. Artıq qəbul olunan layihə var. Layihənin təqdimatında dövlət başçısı İlham Əliyev və onun xanımı Mehriban xanım Əliyeva da iştirak edib. Onlar bu layihədə bəzi dəyişikliklərin edilməsi təklifini irəli sürüblər və bu dəyişiklər həyata keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR