Bank Of Baku

Naxçıvanda “Nizamidən Yunis Əmrəyə, Atatürkdən Heydər Əliyevə sevgi və barış yolu” mövzusunda beynəlxalq simpozium keçirilir

Naxçıvanda  “Nizamidən Yunis Əmrəyə, Atatürkdən Heydər Əliyevə sevgi və barış yolu” mövzusunda beynəlxalq simpozium keçirilir
# 11 sentyabr 2009 10:49 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov-APA. Bu gün Naxçıvan Dövlət Universitetində Avrasiya Dostluq, Mədəniyyət, Sənət və Turizm qurumu, Naxçıvan Dövlət Universiteti (NDU), Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təşkilatçılığı ilə 23-cü Beynəlxalq Avrasiya Dostluq və Mədəniyyət həftəsi çərçivəsində “Nizamidən Yunis Əmrəyə, Atatürkdən Heydər Əliyevə sevgi və barış yolu” mövzusunda beynəlxalq simpozium keçirilir. APA-nın Naxçıvan bürosunun məlumatına görə, simpoziumun plenar iclasında NDU-nun rektoru, akademik İsa Həbibbəyli “Görkəmli dövlət xadimi Heydər Əliyev: Azərbaycan, türk dünyası və zaman”, professor Baheddin Güney “Elmi-mədəni əlaqələrin genişləndirilməsi imkanları”, Avrasiya Dostluq, Sənət, Mədəniyyət və Turizm Qurumunun başqan yardımçısı Sedat Aldemir “Türkiyə Naxçıvan əlaqələri” və AMEA Naxçıvan Bölməsinin rəhbəri, akademik İsmayıl Hacıyev “Atatürk və Heydər Əliyev: Tarixi missiyada oxşarlıq” mövzularında çıxış ediblər.
Sonra Avrasiya Dostluq, Mədəniyyət, Sənət və Turizm qurumu tərəfindən akademiklər İ. Həbibbəyli və İ. Hacıyevə Avrasiya mədəniyyət və elm, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevə Avrasiya mədəniyyət və təhsil, professor Məhərrəm Cəfərliyə Avrasiya xalq mədəniyyəti mükafatları təqdim olunub.
Qeyd edək ki, simpozium sabah 3 bölmə iclası ilə davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR