Əbülfəs Qarayev: “I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının gedişindən məmnunam”
Nazir keçirilən kitab sərgi-yarmarkasının çox yüksək səviyyədə gerçəkləşdiyindən məmnunluğunu dilə gətirib: “I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının işi və gedişi hamı kimi, məni də çox qane edir. Keçirdiyimiz bu tədbir beynəlxalq tədbirlərin cədvəlinə daxil olsa, bu sərgi-yarmarkanı hər il keçirməyi düşünürük. Bilirsiniz ki, dünyanın ən məşhur Strasburq, Moskva kitab yarmarkaları çox böyük siyasi xarakter daşıyır. Bununla ölkənin mədəniyyətə, biliyə, savada, intellektə münasibətin dərəcəsi müəyyənləşdirilir. Hesab edirəm ki, bu sərgi ənənəvi olaraq keçirilməlidir və burada daha geniş imkanları əldə etməliyik. Kitab aləmi dünyada çox böyük diqqətlə izlənir. Bizim keçirdiyimiz sərgiyə xarici ölkələrin maraq göstərməsi və qatılması bunun bariz nümunəsidir. Bu sahənin peşəkarlarının bu sərgidə iştirakı tamamilə başqa bir əhəmiyyət daşıyır. Ölkəmizdə aparılan mədəniyyət siyasəti nəticəsində bu gün müxtəlif ölkələrin kitabxanalarında Azərbaycanda nəşr olunmuş kitabların yerləşdirilməsi bu mənzərəni tam aydın göstərir. Bu kitabxanaların özləri bizim kitabları əldə etməkdə maraqlıdır. Bu o deməkdir ki, Azərbaycanda bu gün mövcud olan və nəşr edilməsi nəzərdə tutulan ədəbiyyat dünyanın müxtəlif kitabxanalarında özünə yer tapacaq. Bu olduqca böyük bir siyasi xarakter daşıyan məsələdir”.
Ə. Qarayev qeyd edib ki, milli kitabxanaların sərgiyə böyük diqqəti Azərbaycanın artıq dünya kitab məkanında özünəməxsus bir yer tutmasından xəbər verir: “Bu sərgi-yarmarka dövlət başçısının tapşırığı əsasında həyata keçirilir. Azərbaycanın bütün nəşriyyat və poliqrafiya evlərinin, eyni zamanda müxtəlif sahələrin çap evləri də öz məhsulları ilə sərgidə təmsil olunurlar. Sərgi çərçivəsində dəbiyyatla, poeziya ilə bağlı, eyni zamanda Azərbaycan mədəniyyəti, tarixi ilə bağlı kitablarının təqdimatı keçiriləcək. İnanıram ki, Azərbaycan kitabxanaları bu sərgidən sonra daha da zənginləşəcək, insanların kitaba diqqəti, marağı daha da artacaq. Ümidvaram ki, sərgi insanlarda kitaba həvəsi artıracaq və kitab hər bir Azərbaycan vətəndaşının həyatının ayrılmaz bir hissəsinə çevriləcək”.
Nazirin sözlərinə görə, bu ilin sonuna kimi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Bakı - İslam Mədəniyyətinin Paytaxtı” İli çərçivəsində çox zəngin və gərgin bir proqram hazırlanıb. Sentyabrın 15-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısında respublikada fəaliyyət göstərən bütün teatrların mövsüm açılışı keçiriləcək. Təntənəli açılış mərasimində teatrlar növbəti mövsümə hazırlıqları ilə bağlı məlumatlar verəcəklər: “Sentyabrın 17-dən etibarən Azərbaycanda Beynəlxalq Musiqi Həftəsi keçiriləcək ki, bu tədbiri də çox yüksək səviyyədə həyata keçməsinə çalışırıq. Sentyabrın 18-də isə Üzeyir Hacıbəylinin doğum günü münasibəti ilə əlaqədar bir sıra tədbirlərimiz olacaq. Həmin gün Heydər Əliyev Sarayında “Şərq-Qərb” Kinofestivalının açılışı olacaq. Eyni zamanda ilin sonuna kimi Bakıda “Bakı gecələri” mahnı müsabiqəsi, beynəlxalq rəqs festivalları keçiriləcək. Dekabrın sonuna qədər tək paytaxtı deyil, bütün respublikanı əhatə edəcək çoxsaylı tədbirlər keçirməyi qarşımıza məqsəd qoymuşuq”.
Mədəniyyət siyasəti
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Nazirlik: XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur
Mədəniyyət Nazirliyi Kitab mükafatını gələn il elan edəcək
Xəbər Lenti
Rusiyanın Yəhudi Muxtar Vilayətində qatar mikroavtobusla toqquşub, 6 nəfər ölüb
Fransada etirazçılarla polis arasında toqquşma baş verib
Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə
Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bakı Bulvarında Zeytun Festivalı davam edir - FOTO
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
U-15 dünya çempionatı başlayır
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra ölüb
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Qızılın qiyməti 4 min dollardan aşağı düşüb
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb
Bakıda ölümlə nəticələnən insidentdə iştirak edən deputat Arzuxan Əlizadənin oğlu saxlanılıb - YENİLƏNİB-1
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb - VİDEO
“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib
Azərbaycanda ötən gün 50 şübhəli saxlanılıb
Şimali Koreya lideri Çinə səfər edib
Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
BDYPİ sürücülərə xəbərdarlıq edib
“Bitcoin”in qiyməti 81 min dollardan aşağı düşüb
Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazır olduğunu bildirib
ABŞ Yaxın Şərqin yeddi ölkəsində diplomatların ailə üzvlərinin çıxarılmasını tapşırıb
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Dünya bazarında neft kəskin bahalaşıb
Qəbələdə iki “Opel” toqquşub, 3 oğlan xəsarət alıb
ABŞ və Avropa fond bazarlarında eniş davam edib
Çexiya Prezidenti Rusiyanın sülh danışıqlarına hazır olmadığını bildirib
Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Almaniya minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir
ABŞ Səudiyyə Ərəbistanındakı səfirliyinin əməkdaşlarını təxliyə edir
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Rubio: Ukraynadakı müharibənin əsas mübahisə mövzusu Donbasdır
Tramp Rusiya və Ukraynaya qarşı 200 faizlik rüsum tətbiq edə biləcəyini bildirib
Almaniya qışa hazırlıq üçün əlavə qaz tədarükünə 245 milyon avro ayırır