Bank Of Baku

“Əsrin Müqaviləsi”nin 15 illiyinə və Nobel qardaşlarının Azərbaycandakı rəsmi fəaliyyətinin 130 illiyinə həsr olunmuş tədbir keçiriləcək

“Əsrin Müqaviləsi”nin 15 illiyinə və Nobel qardaşlarının Azərbaycandakı rəsmi fəaliyyətinin 130 illiyinə həsr olunmuş tədbir keçiriləcək
# 11 sentyabr 2009 12:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda “Əsrin Müqaviləsi”nin 15 illiyinə və Nobel qardaşlarının Azərbaycandakı rəsmi fəaliyyətinin 130 illiyinə həsr olunmuş foto-sənədli, bədii və rəqəmsal sərgi, eləcə də “Nobel və Bakı nefti” kitabının təqdimat mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 15-də Muzey Mərkəzində keçiriləcək tədbirin təşkilatçıları nazirliklə bərabər “StatoilHydro Abşeron” şirkəti və Azərbaycanın Dövlət Neft Şirkətidir. Sərginin və kitabın təqdimatında Nobellər Ailəsi Cəmiyyətinin sədr müavini, Lüdviq Nobelin kötükcəsi Qunnar Liljequist (İsveç) də iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR