Bank Of Baku

Zəlimxan Yaqubun kitablarının təqdimatı olub

Zəlimxan Yaqubun  kitablarının təqdimatı olub
# 11 sentyabr 2009 13:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Muzey Mərkəzində keçirilən I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində xalq şairi Zəlimxan Yaqubun “Mən öz dastanımı yazıb gəlmişəm” və “Millətdə, dövlətdə, sənətdə” kitablarının təqdimatı olub. APA-nın məlumatına görə, kitablar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr edilib. Tədbirdə çıxış edən Zəlimxan Yaqub bu günün onun yaradıcılığında çox böyük önəm daşıdığını vurğulayıb. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Nizami Cəfərov isə Zəlimxan yaradıcılığının onun üçün çox dəyərli olduğunu deyib. O, Z. Yaqubdan sonra çıxış etməyin çətin olduğunu söyləyib: “Gərək ya onun kimi çıxış edəsən, ya da ümumiyyətlə, çıxış etməyəsən. Zəlimxan Yaqubun Azərbaycan ədəbiyyatında, poeziyasında böyük rolu var və bunu tək mən yox, onun yaradıcılığına bələd olan çoxsaylı oxucular da bilir”.

Digər çıxışçılar da Zəlimxan Yaquba yeni yaradıcılıq uğurları arzulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR