Bank Of Baku

Kubada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Kubada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
# 11 sentyabr 2009 14:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan və Kuba arasında mədəniyyət və turizm sahəsində imzalanmış əməkdaşlıq sazişi çərçivəsində növbəti ilin martında bu ölkədə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. APA-nın “Bakı - islam mədəniyyətinin paytaxtı-2009” saytına istinadən yaydığı xəbərə görə, bu barədə Kubanın Azərbaycandakı səfiri Marselo Kabalyero Torres məlumat verib. O, Azərbaycandan 30-a yaxın nümayəndənin Kubaya gedəcəyini deyib.

Azərbaycanda Kuba Mədəniyyət Günlərinin keçirilməsi məsələsi isə Azərbaycan-Kuba hökumətlərarası komissiyasının 4-cü iclasında müzakirə olunacaq. Bundan başqa, bu yaxınlarda “Siz Kuba haqqında nə bilirsiniz” müsabiqəsi keçiriləcək. Mövzuya dair ən çox suala cavab verən gənclər Kubaya səfərlə mükafatlandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR