Bank Of Baku

I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının ən fəal iştirakçısı olan nəşriyyatlar mükafatlandırılıb

I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının ən fəal iştirakçısı olan nəşriyyatlar mükafatlandırılıb
# 12 sentyabr 2009 10:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Muzey Mərkəzində I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində "Mədəniyyət" kataloqunun təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kataloqda son illər Azərbaycanın mədəni həyatında baş verən çox dəyərli hadisələrdən söhbət açıldığını, mədəniyyət və incəsənət xadimlərinin, mədəniyyət ocaqlarının fotolarının yerləşdirildiyini vurğulayıb. Bu kataloqun Azərbaycan üçün çox böyük önəm daşıdığını qeyd edən nazir müavini kataloqda yer alan məlumatların üç dildə - Azərbaycan, rus və ingilis dillərində nəşr olunduğunu deyib.
Daha sonra Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sərginin ən fəal iştirakçısı olan nəşriyyatların təltif olunma mərasimi keçirilib. Həm xarici, həm də yerli nəşriyyat və poliqrafiya evləri diplomlarla təltif olunublar.
Qeyd edək ki, bu gün I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının son günüdür. Bu gün ərzində sərgi-yarmarkanın təşkil olunduğu Muzey Mərkəzində “Müəllif günü” keçirilir. Müəlliflər kitabları çap olunmuş nəşriyyatların stendləri qarşısında oxucularla görüşür, avtoqrafla kitablar verirlər. Sərgi-yarmarka öz işini günün sonuna kimi davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR