Bank Of Baku

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru Azərbaycana gəlib

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru Azərbaycana gəlib
# 14 sentyabr 2009 08:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Dünyanın ən qədim və zəngin kitabxanası olan İsgəndəriyyə Kitabxanasının direktoru, Misir prezidentinin elm, təhsil məsələləri üzrə müşaviri İsmayıl Seragəldi Azərbaycana gəlib. “Gəncliyin səsi” Maarifləndirmə İctimai Birliyindən APA-ya verilən məlumata görə, İ. Seragəldi bu gün baş nazirin müavini Elçin Əfəndiyev, xarici işlər nazirinin müavini Vaqif Sadıxov, mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə görüşəcək. Sentyabrın 15-də isə o, Azərbaycan Yazıçılar Birliyində, Dövlət İqtisad Universitetində, Milli Kitabxanada olacaq, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bir araya gələcək. Qonaq Abşerona rayonuna da gedəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR