Bank Of Baku

Xalça Muzeyində “Dəyişən zamanda dəyişməyən dəyərlər” mövzusunda ustad dərsi və dəyirmi masa keçirilib

Xalça Muzeyində “Dəyişən zamanda dəyişməyən dəyərlər” mövzusunda ustad dərsi və dəyirmi masa keçirilib
# 14 sentyabr 2009 10:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Dəyişən zamanda dəyişməyən dəyərlər” mövzusunda ustad dərsi və dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbir Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Almaniyanın Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu və Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi (İCOM-Azərbaycan) “Azərbaycanda yaşlıların təhsili” proqramı çərçivəsində “Sıxıntı, toz və köhnəlikdən uzaq muzeylər mədəniyyətlərarası dialoq üçün ömür boyu təhsil məkanı kimi” layihəsi üzrə keçirilib. Keçirilən tədbir ölkəmizdə yaşlıların təhsili ilə yanaşı, muzey işçilərinin peşəkarlığının artırılmasına, cəmiyyətin müxtəlif təbəqələri arasında xalça sənətinin təbliğinə xidmət edir. Dəyirmi masada iştirak edən Azərbaycanın xalça mütəxəssisləri bu proqram çərçivəsində hər zaman təhsili, ictimaiyyəti maraqlandıran məsələləri müzakirə etməyi, onları öyrənmək və öyrətmək istədikləri mövzuları işıqlandırılacağını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR