Bank Of Baku

Bakıda “Azərbaycan Respublikasında mədəni irs sahəsində çalışan mütəxəssislərin peşə səviyyəsinin artırılması” mövzusunda seminar başlayıb

Bakıda “Azərbaycan Respublikasında mədəni irs sahəsində çalışan mütəxəssislərin peşə səviyyəsinin artırılması” mövzusunda seminar başlayıb
# 15 sentyabr 2009 08:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova –APA. Bu gün “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruq-muzeyində “Azərbaycan Respublikasında mədəni irs sahəsində çalışan mütəxəssislərin peşə səviyyəsinin artırılması” adlı milli seminarın açılışı keçirilib. APA-nın məlumatına görə, seminar Bakı-İslam Mədəniyyətinin Paytaxtı elan olunması çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və İslam Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (İSESKO) Tehrandakı Regional Ofisi ilə birgə keçirilir. Açılışda çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin mədəni-irs şöbəsinin müdiri Rizvan Bayramov seminarın ölkəmizdə mədəni irs sahəsində fəaliyyət göstərən ekspertlərin peşə səviyyəsinin artırılması məqsədi ilə təşkil olunduğunu vurğulayıb. Seminar Qobustan Milli tarix-bədii və Qala Dövlət tarix-etnoqrafiya qoruqlarının müdirləri - tarix elmləri namizədi Məlahət Fərəcova və tarix elmləri namizədi Fikrət Abdullayev tərəfindən aparılır. Seminarda İSESKO-nun Tehrandakı Regional ofisinin rəhbəri Abbas Sədri də iştirak edir. Abbas Sədri jurnalistlərə açıqlamasında Azərbaycan mədəniyyətinin çox yüksək səviyyədə olduğunu vurğulayıb və ölkəmizin mədəni-irsinə sahib çıxmasından razılığını bildirib.

Qeyd edək ki, “Azərbaycan Respublikasında mədəni irs sahəsində çalışan mütəxəssislərin peşə səviyyəsinin artırılması” adlı milli seminar sentyabrın 17-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR