Bank Of Baku

Oktyabr ayında Azərbaycanda islam ölkələri mədəniyyət nazirlərinin toplantısı keçiriləcək

Oktyabr ayında Azərbaycanda islam ölkələri mədəniyyət nazirlərinin toplantısı keçiriləcək
# 15 sentyabr 2009 09:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu ilin sonuna kimi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev APA-ya açıqlamasında bu həftə Bakıda Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədar Beynəlxalq Musiqi Həftəsinə start veriləcəyini deyib: “Bu tədbir də “Bakı - islam mədəniyyətinin paytaxtı-2009” çərçivəsində keçiriləcək. Musiqi Həftəsində Rusiyanın və Meksikanın tanınmış dirijorları iştirak edəcək, sərgilər açılacaq. İlin sonuna kimi “Viktoriya və Albert” muzeyində olan islam mədəniyyətinə aid eksponatların sərgisini keçirməyi də planlaşdırmışıq”.

Ə. Qarayev bildirib ki, ilin sonuna kimi Azərbaycan Dövlət İncəsənət Muzeyinin ilk binası istifadəyə veriləcək: “İncəsənət Muzeyi iki binadan ibarətdir, biz muzeyin işini dayandırmadan bərpa işlərini apardıq. Bütün əsərlər, əşyalar, eksponatlar bərpa olunmuş binaya köçürüləcək və digər binada təmir-bərpa başlayacaq. Oktyabrda isə Azərbaycanda ilk dəfə olaraq islam ölkələrinin Beynəlxalq Kulinariya Festivalı keçiriləcək. Artıq 10-dan artıq ölkə bu festivalda iştirakını təsdiqləyib. Eyni zamanda biz “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalının ərəfəsindəyik. Azərbaycanda ilk dəfə olaraq islam ölkələri mədəniyyət nazirlərinin toplantısının keçirilməsi də nəzərdə tutulur. Toplantı oktyabrın 13-nə planlaşdırılıb. Bu tədbir bitən kimi, TÜRKSOY ölkələri mədəniyyət nazirlərinin yığıncağı başlayacaq”.

Nazirin sözlərinə görə, ilin sonuna kimi Azərbaycanda beynəlxalq festivallar da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR