Bank Of Baku

Nazir: “İmadəddin Nəsiminin məqbərəsinin bərpası və yenidən qurulması üzrə layihə hazırlanıb”

Nazir: “İmadəddin Nəsiminin məqbərəsinin bərpası və yenidən qurulması üzrə layihə hazırlanıb”
# 15 sentyabr 2009 09:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Suriyanın Hələb şəhərində İmadəddin Nəsiminin məqbərəsinin bərpası və yenidən qurulması üzrə layihə hazırlanıb. Bunu APA-ya açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir qeyd edib ki, hazırlanan layihənin müzakirəsi ilə bağlı yığıncaq keçirilib: “İmadəddin Nəsiminin məqbərəsinin bərpası və yenidən qurulması ilə bağlı keçirilən yığıncaqda memarlar, alimlər və bu sahənin mütəxəssisləri də iştirak edirdi. Tədbir çox yüksək səviyyədə qarşılandı. Ümidvarıq ki, bu layihə Suriya tərəfi ilə razılaşdıqdan sonra həyata keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR