Bank Of Baku

Naxçıvanın mədəni-tarixi abidələrinin YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması üçün sənədlərin hazırlanmasına başlanılıb

Naxçıvanın mədəni-tarixi abidələrinin YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması üçün sənədlərin hazırlanmasına başlanılıb
# 15 sentyabr 2009 11:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Naxçıvanın mədəni-tarixi abidələrinin YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması ilə bağlı sənədlərin hazırlanması prosesinə başlanılıb. Nazirlik olaraq biz hazırda Naxçıvanın tarixi-memarlıq abidələrinin sənədlərinin hazırlanması ilə məşğuluq. Ümidvarıq ki, bu bizim sonuncu iddiamız olmayacaq”. Bu sözləri APA-ya açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, aşıq sənətinin və Azərbaycan xalçalarının bu siyahıya salınması məsələsi də sənədləşdirilmə mərhələsindədir: “Bizim mütəxəssislər artıq lazımi sənədləri hazırlayıblar. Hal-hazırda YUNESCO-nun inciləri sırasına daxil olmasına növbəti namizədimiz aşıq sənətidir. Bu təqdimat bütün instansiyalardan keçib və artıq komitənin müzakirəsinə çıxarılır. Növbəti iclasa qədər isə Azərbaycan xalçalarının YUNESKO-nun müvafiq siyahısına daxil edilməsinə nail olmaq istəyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR