Bank Of Baku

Ankarada “Avrasiya” xalq mədəniyyət sənayesi və dekorativ-tətbiqi sənət sərgi-yarmarkası keçiriləcək

Ankarada “Avrasiya” xalq mədəniyyət sənayesi və dekorativ-tətbiqi sənət sərgi-yarmarkası keçiriləcək
# 17 sentyabr 2009 09:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova –APA. 25 sentyabr-4 oktyabr tarixlərində TÜRKSOY beynəlxalq təşkilatının dəstəyi və Türkiyənin “REM Fuar Organizasyon Ltd. Şti.” şirkətinin təşkilatçılığı ilə Ankara şəhərində “Avrasiya” xalq mədəniyyət sənayesi və dekorativ-tətbiqi sənət sərgi-yarmarkası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgidə xalça ustası Pərvin Kazımov, şəbəkə ustası Tofiq Rəsulov və misgər Şaiq Süleymanov öz sənətlərini nümayiş etdirəcəklər. Nazirlik hazırda xalq tətbiqi sənətinin, folklor yaradıcılığının inkişaf etdirilməsi üçün qeyri-maddi mədəni irsin dəstəklənməsinin təminat mexanizmlərinin monitorinqini keçirməklə yanaşı, “Azərbaycanın Qeyri-maddi Mədəni İrs Konsepsiyası” layihəsinin, eyni zamanda digər proqramların, layihələrin hazırlanması və həyata keçirilməsi istiqamətində müvafiq iş aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR