Bank Of Baku

TÜRKSOY-un baş direktoru Əbülfəs Qarayevlə görüşüb

TÜRKSOY-un baş direktoru Əbülfəs Qarayevlə görüşüb
# 17 sentyabr 2009 11:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkdilli ölkələrin sənət və mədəniyyət sahəsində əməkdaşlıq təşkilatı - TÜRKSOY-un (Türk Kültür və Sənətləri Ortaq Yönətimi) baş direktoru, qazaxıstanlı Düsen Kaseinov Azərbaycanda səfərdədir. APA-nın məlumatına görə, D. Kaseinov Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən qəbul edilib. Azərbaycana səfərinin məqsədini açıqlayan baş direktor bildirib ki, Bakıda Üzeyir Hacıbəylinin doğum günü münasibətilə keçiriləcək Beynəlxalq Musiqi Həftəsində iştirak edəcək. O, Musiqi Həftəsi çərçivəsində sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında TÜRKSOY-a üzv olan ölkələrin opera ustalarının ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasının nümayiş olunacağını deyib. Koroğlu obrazını Qırğızıstan, Nigar obrazını isə Qazaxıstan opera və balet teatrlarının solistləri yaradacaq. Opera TÜRKSOY-a üzv olan ölkələrin opera ifaçılarının ifasında artıq Bişkek, Almatı və Ankara nümayiş olunub. Ə. Qarayev operanın Bakıdan sonra İstanbulda da nümayişinin nəzərdə tutulduğunu söyləyib. Nazir qeyd edib ki, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan musiqi və kino sahəsində də bir sıra layihələr planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR