Bank Of Baku

Niyazinin Ev Muzeyinin 15 illiyi və Zülfüqar Hacıbəyovun 125 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Niyazinin Ev Muzeyinin 15 illiyi və Zülfüqar Hacıbəyovun 125 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
# 17 sentyabr 2009 13:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Üzeyir Musiqi Günü ilə əlaqədar Beynəlxalq Musiqi Həftəsi çərçivəsində Niyazinin Ev Muzeyinin 15 illiyinə və görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun 125 illik yubileyinə həsr olunmuş tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva çıxış ediblər. Tədbirdə Heydər Əliyevin muzeyin açılışında iştirakını əks etdirən video süjet və 15 illik fəaliyyətinə həsr olunmuş slayd-şou nümayiş etdirilib. Tədbirdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, S. Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi Cülyetta Cəbrayılbəyli “Zülfüqar Hacıbəyovun həyat və yaradıcılığı” haqqında məruzə ilə çıxış edib. Yubiley mərasimində Azərbaycan Dövlət Opera və Balet Teatrının solistlərinin ifasında Zülfüqar Hacıbəyovun, Niyazinin əsərləri səslənib. Həmçinin Bakı Musiqi Akademiyasının dosenti, pianoçu Ülviyyə Hacıbəyova, Simli kvartetin musiqiçiləri və başqaları çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR