Azərbaycanda Musiqi Günü qeyd olunur - FOTOSESSİYA
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədar Beynəlxalq Musiqi Həftəsi keçirilir.
Musiqi Günü ilə bağlı tədbirlər Fəxri Xiyabanın ziyarət olunması ilə başlanıb. Üzeyir Hacıbəylinin doğum günü və 18 sentyabr - Musiqi Günü ilə əlaqədar bu gün Bakıda səfərdə olan TÜRKSOY-un baş direktoru Düsen Kaseinov, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Azərbaycanın mədəniyyət və incəsənət xadimləri görkəmli Azərbaycan musiqiçilərinin məzarlarını ziyarət ediblər. Mədəniyyət və incəsənət xadimləri mərhum dövlət başçısı Heydər Əliyevin, oftalmoloq Zərifə Əliyevanın, Azərbaycanın görkəmli bəstəkarları, Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin, eləcə də Zülfüqar Hacıbəylinin, Qara Qarayev, Müslüm Maqomayevin (oğul) məzarlarını ziyarət edib, gül dəstələri qoyublar.
Daha sonra Musiqi Günü Bakı Musiqi Akademiyasının (BMA) qarşısında təntənəli açılış mərasimi və konsert proqramı ilə davam etdirilib. Üzeyir Hacıbəyovun “Koroğlu” uvertürasının sədaları altında açıq elan edilən mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycanda illərdir təntənəli şəkildə qeyd olunan bayram münasibətilə Azərbaycan mədəniyyət və incəsənət xadimlərini, eləcə də musiqisevərləri təbrik edib. Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov da təbrikə qoşulub. O, bildirib ki, Üzeyir Hacıbəyov öz yaradıcılığında Azərbaycan xalqına xas olan bütün keyfiyyətləri əks etdirib: “Öz musiqisi ilə bütün dünyaya səs salan Üzeyir Hacıbəyovun böyüklüyü qarşısında hər birimiz baş əyirik. Hətta Stalin kimi bir diktator Üzeyir Hacıbəyovun istedadı və yaratdığı musiqilər qarşısında yenilib. Azərbaycanda onun doğum gününün bu cür təmtəraqla qeyd olunması hər birimizi sevindirir”.
BMA-nın rektoru, xalq artisti Fərhad Bədəlbəyli Üzeyir Hacıbəyovun irsinin öyrənilməsi üçün müvafiq şərait yaradılmasına kömək edənlərin hamısına təşəkkürünü bildirib: “ Nə yaxşı ki, bizim Üzeyir bəyimiz var. O olmasaydı, bizim nə operamız, nə musiqi təhsilimiz, nə klassik musiqimiz olmazdı. Üzeyir bəyin adının yenidən akademiyaya qaytarılması çox böyük bir hadisə oldu. İndi isə bir arzum var. O gün olsun Üzeyir bəyin doğum gününü Şuşada təntənəli şəkildə qeyd edək”.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə çıxış edərək Üzeyir Hacıbəyovun yaratdığı hər bir əsərin əsrlərlə yaşayacağını və bütün dünya ölkələrində seviləcəyini vurğulayıb. Tədbirə qatılan TÜRKSOY-un baş direktoru Düsen Kaseinov isə Üzeyir Hacıbəyovun Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərinə toxunub, bəstəkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim olan Üzeyir Hacıbəyovun musiqisinin ölkəmizin hüdudlarını aşaraq bütün dünyada sevildiyini və maraqla dinləndiyini vurğulayıb.
Mərasim Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrinin, Dövlət Xor Kapellasının və Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin ifasında dahi bəstəkarın əsərlərinin ifası ilə davam etdirilib.
Mədəniyyət siyasəti
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Nazirlik: XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur
Mədəniyyət Nazirliyi Kitab mükafatını gələn il elan edəcək
Xəbər Lenti
Rusiyanın Yəhudi Muxtar Vilayətində qatar mikroavtobusla toqquşub, 6 nəfər ölüb
Fransada etirazçılarla polis arasında toqquşma baş verib
Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə
Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bakı Bulvarında Zeytun Festivalı davam edir - FOTO
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
U-15 dünya çempionatı başlayır
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra ölüb
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Qızılın qiyməti 4 min dollardan aşağı düşüb
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb
Bakıda ölümlə nəticələnən insidentdə iştirak edən deputat Arzuxan Əlizadənin oğlu saxlanılıb - YENİLƏNİB-1
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb - VİDEO
“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib
Azərbaycanda ötən gün 50 şübhəli saxlanılıb
Şimali Koreya lideri Çinə səfər edib
Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
BDYPİ sürücülərə xəbərdarlıq edib
“Bitcoin”in qiyməti 81 min dollardan aşağı düşüb
Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazır olduğunu bildirib
ABŞ Yaxın Şərqin yeddi ölkəsində diplomatların ailə üzvlərinin çıxarılmasını tapşırıb
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Dünya bazarında neft kəskin bahalaşıb
Qəbələdə iki “Opel” toqquşub, 3 oğlan xəsarət alıb
ABŞ və Avropa fond bazarlarında eniş davam edib
Çexiya Prezidenti Rusiyanın sülh danışıqlarına hazır olmadığını bildirib
Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Almaniya minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir
ABŞ Səudiyyə Ərəbistanındakı səfirliyinin əməkdaşlarını təxliyə edir
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Rubio: Ukraynadakı müharibənin əsas mübahisə mövzusu Donbasdır
Tramp Rusiya və Ukraynaya qarşı 200 faizlik rüsum tətbiq edə biləcəyini bildirib
Almaniya qışa hazırlıq üçün əlavə qaz tədarükünə 245 milyon avro ayırır