Bank Of Baku

Nemətullah Kişvərinin Azərbaycan türkcəsi ilə yazdığı divanın əlyazması aşkar edilib

Nemətullah Kişvərinin Azərbaycan türkcəsi ilə yazdığı divanın əlyazması aşkar edilib
# 18 sentyabr 2009 10:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. XV-XVI əsrlərdə yaşamış Azərbaycan şairi Nemətullah Kişvərinin Azərbaycan türkcəsi ilə yazdığı divanın avtoqraf nüsxəsi aşkar edilib. Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimovun APA-ya verdiyi məlumata görə, əsər Berlində yaşayan həmvətənlimiz, tədqiqatçı Məhəmməd Əli Hüseyni tərəfindən tapılaraq Əlyazmalar İnstitutuna göndərilib: “Məlum olduğu kimi, indiyədək çox az klassik şairimizin öz əli ilə yazdığı əsəri – yəni əsərlərin avtoqraf nüsxəsi əlimizə çatıb. Əvvəlcə Ağqoyunlular, sonra Səfəvilər sarayına yaxın olmuş Kişvəri həm də mahir xəttat olub, narın nəstəliq xətti ilə gözəl yazılar yazıb. Kişvəri divanının indiyədək üç nüsxəsi - Bakı, Daşkənd, Səmərqənd nüsxələri məlum idi. Tehran kitabxanasında saxlanan nüsxədəki 23 qəzəl digər nüsxələrdə yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR