Bank Of Baku

Rüstəm İbrahimbəyov: “Jerar Depardyenin Azərbaycana səfərini təşkil etməyə pulumuz çatmadı”

Rüstəm İbrahimbəyov: “Jerar Depardyenin Azərbaycana səfərini təşkil etməyə pulumuz çatmadı”
# 18 sentyabr 2009 17:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “XI “Şərq-Qərb” Bakı Beynəlxalq Kino Festivalında iştirak etmək üçün Jerar Depardye iki dəfə mənə zəng etdi. Ancaq onun şəxsi təyyarəsinin qarşılanmasını təmin etmək və burada arzuladığı şəraiti yaratmaq imkanımız olmadı. Səfərin təşkili üçün təxminən 50 min dollara ehtiyac var idi. Bu da festivalın büdcəsinin yarısıdır. O cür insanların Azərbaycana gəlməsi üçün sərmayə ayrılmalıdır. Biz Depardyenin gəlişini təmin etmək üçün çox yerə müraciət etdik. Ancaq müraciətlərimiz qəbul olunmadı”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq yazıçısı Rüstəm İbrahimbəyov XI “Şərq-Qərb” Beynəlxalq Kinofestivalının açılış mərasimində deyib. O bildirib ki, builki festivalın proqramında və qonaqların siyahısında dəyişikliklər baş verib: “Çox sevinirik ki, dəvət etdiyimiz qonaqlar gəlib. Festival çərçivəsində müsəlman ölkələrin panoramasının təşkili böyük hadisədir. İmkan olsa, gələn ildən türk ölkələrinin filmlərinin xüsusi nümayişini təşkil edəcəyik. Bu cür festivallarda dünya şöhrətli, yəni daha çox gündəmdə olan simaların iştirak etməməsinin səbəbi yalnız və yalnız madiyyatla bağlıdır. Bu festivalda Rusiyanın tanınmış teleaparıcısı Dmitri Dubrov da iştirak edir. Halbuki ona ayrılan yerdən də, avtomobildən də narazıdır. Biz artıq onunla sağollaşmağa məcburuq. Çünki hər şeydən narazıdır, daha möhtəşəm oteldə yer və daha yüksək səviyyəli avtomobil ayrılmasını istəyirdi. Ancaq bizdə belə imkan yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR