Bank Of Baku

YUNESKO-da baş direktor seçkilərinin ikinci turu da nəticəsiz başa çatıb

YUNESKO-da baş direktor seçkilərinin ikinci turu da nəticəsiz başa çatıb
# 19 sentyabr 2009 08:31 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. YUNESKO İcra Şurasının üzvləri baş direktor postuna seçkilərin ikinci turunda da quruma rəhbər seçə bilməyiblər. APA-nın məlumatına görə, dünən Parisdə keçirilən səsvermənin ikinci turunda namizədlərdən heç biri lazımi qədər səs toplaya bilməyib. Səsvermənin üçüncü turu sabah keçiriləcək. Bu turda namizədlərdən biri İcra Şurasının üzvü olan 58 nəfərdən ən azı 30-nun səsini qazanmalıdır. İlk turda ən çox səs toplayan Misirin mədəniyyət naziri Faruk Hüsni yenə də mütləq dəstəyi təmin edə bilməyib. İkinci turda daha çox səs toplayan namizədlər arasında Rusiya xarici işlər nazirinin müavini Aleksandr Yakovenko, Bolqarıstanın Fransadakı səfiri İrina Bokova, Avropa Komissiyasının xarici əlaqələr komissarı Benita Ferero-Valdner də var. Seçkilərin reqlamentinə əsasən, səsvermə 5-ci tura kimi uzana bilər. İlk dörd turda namizədlərdən heç biri lazım olan 30 səsi toplamasa, beşinci turda ən çox səs toplamış namizəd YUNESKO-nun baş direktoru seçilmiş olacaq. Xatırladaq ki, iki dəfə ardıcıl bu posta seçilmiş hazırkı baş direktor Koişiro Matsuuranın səlahiyyət müddəti noyabr ayında başa çatır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR